YUNİSEF 3 həftə susuzluqdan sonra Hələb sakinlərinə su verməyə başlayıb

BMT-nin Uşaq Fondu YUNİSEF Suriyanın Hələb şəhərində suyun verilməsi əməliyyatını artırdığını bildirib. Lakin bu şəhər əhalisinin təxminən 500 min nəfəri hələ də sağlam içməli sudan məhrumdur.
 
Maide.az-ın məlumatına görə, YUNİSEF-in Suriyadakı nümayəndəsi Həna Singer bildirib ki, Hələb şəhərinin bəzi bölgələrinin sakinləri isti hava şəraitində 3 həftədən artıq içməli sudan məhrum olublar: "Yetərli və sağlam içməli suyun olmaması Hələb şəhərində minlərlə uşaq su çatışmazlığı ilə bağlı xəstəliklərlə qarşı-qarşıyadır. "
 
YUNİSEF-in Suriyadakı rəsmisi terror qruplaşmaların Hələbdə suyun qarşısını yenidən aldıqları halda, susuzluq böhranı və xəstəliklərin yayılmasından nigaranlıq edərək bir daha Suriyada toqquşan tərəflərə xəbərdarlıq edib ki, şəhər xidmətləri, o cümlədən su boru kəmərləri və müalicə obyektlərinin işinə problem yaratmaqdan çəkinsinlər.

Google+ WhatsApp ok.ru