Yeni intifadə başlayandan 173 fələstinli şəhid edilib

Sionist rejim tərəfindən işğal olunmuş ərazilərdə, Qəzza və Qərb sahilində, son 5 ay  ərzində  yeni intifada dönəmi başlayandan şəhid olanların sayı 173 nəfərə çatıb, 16 min nəfərdən çox fələstinli isə yaralanıb. 
 
Maide.az xəbər verir ki,  bu rəqəmi Fələstin Qırmızı Aypara Cəmiyyəti açıqlayıb.
 
Məlumata görə, fələstinlilərdən 37 nəfər Qüdsdə, 108 nəfər Qərb Sahilində, 2 nəfər 1948-ci ildə işğal olunmuş ərazilərdə və 25 nəfər  Qəzza zolağında şəhid olunub.  
 
Qeyd olunub ki, şəhid edilən fələstinlilərdən 34 nəfəri yeniyetmə, 13 nəfəri qadın, 6 nəfəri isə az yaşlı uşaqlardır. 
 
Məlumata görə,  yeni intifada dönəmində fələstinlilərin əməliyyatları nəticəsində 30 sionist öldürülüb və 301 nəfər isə yaralanıb. 
 
Məlumatda həmçinin bildirilir ki, yaralanan fələstinlilərdən 1418 nəfəri sionist rejim əsgərləri tərəfindən bir başa hərbi güllə ilə vurulub. /
 
 

Google+ WhatsApp ok.ru