Yeni Zelandiyada müsəlmanlara ölkəndən çıxmaq qadağan olunur

Yeni Zelandiyada müsəlmanları hökumətin ölkə ərazisindən kənara çıxmaqla bağlı hazırlanan yeni qadağa qanundan dərin narahatlıqlarını bildiriblər.
Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, hökumət yeni qanun qəbul etmək yolu ilə  ifratçı şəxslərin Suriya və İraqa getmələrinin qarşısını almaq istəyir. Yeni Zelandiyadakı  Müsəlman İcmalar isə  bu qadağanın qanuna tabe olan vətəndaşlara zərər verəcəyinindən narahatdır.
Qeyd edək ki, Yeni Zelandiya ölkə vətəndaşları üçün Yaxın Şərq ölkələrinə səfər etməyi qadağan edən qanun layihəsi hazırlayıb. Yeni qanun hələlik qəbul olunmayıb.
Yeni Zelandiya İslam Asossiyasiya Federasiyasının vitse-presidenti Cavid Xanın sözlərinə görə, "Yeni Zeylandiyalıların Yaxın Şərq ölkələrinə getmə qadağası əksər müsəlmanların etirazına səbəb olacaq. Hətta indi də müsəlmanlar ölkəni tərk etmək istəyərkən sərhəddə müxtəlif çətinliklərlə üzləşirlər, onları ciddi şəkildə yoxlayırlar,sorğu-sual edirlər. "
Cavid Xan onu da əlavə edib ki, əgər qanun qəbul olunarsa müsəlman icmasının problemləri daha da artacaq. //

 

Google+ WhatsApp ok.ru