Zərdüş Əlizadə Sarkisyanın gizlənpaç oynamasının səbəbini açıqladı

"Sarkisyan kimdir ki, özündən hansısa şərt səsləndirsin. Bu şərtlər Rusiyanındır, sadəcə onlar diktə edirlər"
 
Bunu Maide.Az-a politoloq Zərdüşt Əlizadə deyib. O, bildirib ki, işğalçı ermənilərin Azərbaycan tərəfinə şərt səsləndirməyə nə qüdrəti, nədə ki, haqqı var:
 
"Sarkisyan bir müddət əvvəl bildirmişidi ki, Azərbaycanla hər hansı bir danışıqlara gedməyəcək. Lakin indi isə şərt qoyub, danışıqlar aparmaq istəyir. Danışıq şərtlərinə gəldikdə, bu çox sadə şərtlərdir. Əsas məqsəd dolayısı ilə Rusiyanın sərtlərini reallaşdırmaqdır. Onlar bunu istəyir ki, atəşkəsin pozulmaması üçün hanssa bir nəzarət mexanizimi olsun. Azərbaycan tərəfi etiraf etsin ki, onlar zor tətbiq etməyiblər. Və ən əsası, atəşkəs heç zaman pozulmasın, Qarabağ qarmağı əllərindən çıxmasın. Bir sözlə, axmaq və mənasız fikirlər."
 
Bəs bu cür mənasız iddiaların arxasında hansı arxayınçılıq və qüdrət durur-sualını gülünclə qarşılayan müsahibimiz "Rusiya" dedi:
 
Hər zaman erməni iqtidarı balaca uşaq kimi arxalarında rusları görüb və güvəniblər. Bunu Azərbaycan tərəfidə yaxşı bilir ki, ermənilərlə müharibəni bir həddə etmək mümkündür. Savaş dərinləşsə, ortada rusları görəcəklər. Bu üzdən, Sarkisyan və komandası bu cür arxayın çıxışlar edirlər. Lakin onu deyim ki, əgər ermənilər bu sülh danışıqlarını uzatsa, 3-4 günlük müharibə variantı yenidən təkrarlana bilər. Hər dəfə hər iki tərəf itki verir. Ermənistanın itki vermək qabiliyyəti azdır. Ermənistanın əhalisi azdır, iqtisadiyyatı zəifdir, xalq artıq dözə bilmir. Əgər yenidən bir neçə günlük müharibə başlasa, Azərbaycan daha geniş ərazini ələ keçirəcək. 
 
Sözlərini tamamlayan Z. Əlizadə onuda vurğuladı ki, dünyanın bütün siyasi təhlilçiləri belə qənaətdədirlər ki, əgər erməni tərəfi gerçək güzəştlərə hazır olduğunu bildirməsə, Azərbaycan növbəti zərbə ilə daha çox ərazi alacaq. 

 
Qeyd edək ki, bu gün Xarici İşlər Naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında bildirib ki, danışıqlara hansısa şərtlərlə gəlmək olmaz: "Yerevanda düşünürlərsə ki, şərtlərlə prosesi uzada bilərlər, bu, çox sadəlövh düşüncədir. Proses yerindən tərpənməlidir. Ən böyük təhlükə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində olmasıdır. Bu məsələni nə qədər tez həll etsək, o qədər imkan yaranacaq. Şərtlərlə sülh prosesinə kömək etmək olmaz, bu, sülh prosesini öldürməkdir." /
 

Google+ WhatsApp ok.ru