Zəngilan şəhəri və daha bir neçə kənd  işğaldan azad olunub

Zəngilan şəhəri və daha bir neçə kənd işğaldan azad olunub

Azərbaycan ordusu Zəngilan şəhəri və daha bir neçə kənfi işğaldan azad edib.

Maide.Az xəbər verir ki, Azərbaycan Ordusu Zəngilan şəhəri və Füzuli, Xocavənd, Zəngilan rayonlarınadan daha  24 kəndi işğaldan azad edib. 

Ordumuz Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndlərini, Cəbrayıl rayonunun  Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndlərini, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng  (Çinarlı) kəndlərini  və Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhərini işğaldan azad edib. 

 

Google+ WhatsApp ok.ru