Zaqatalada intihar hadisəsi baş verib 27 İyul 2014 01:00 Hadisə Zaqatala bir uşaq atası intihar edib. Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Əliabad qəsəbəsində qeydə alınıb. 1988-ci il təvəllüdlü, Əliabad qəsəbə sakini İkram Telman oğlu Ruşanovun cəsədi yaşadığı evin həyətyani sahəsindəki armud ağacından asılı vəziyyətdə ailə üzvüləri tərəfindən aşkar edilib. 26 yaşlı İkram Ruşanovun intihar etməsinin səbəbləri məlum deyil. Məlumatda bildirilir ki, İkram Ruşanov evli və bir uşaq atası idi. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. Teqlər : #Zaqatalada intihar hadisəsi baş verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qapını sındırıb evə girdilər FHN Gəncədə yaşayış evində baş vermiş yanğınla bağlı məlumat yayıb