Özbəkistan sərhədçiləri Qırğızıstan vətəndaşını güllələyiblər

Özbəkistan sərhədçiləri Qırğızıstan vətəndaşını güllələyiblər

-- faktla bağlı araşdırma aparılır

Özbəkistan sərhədçiləri öz ölkəsinin ərazisində olan Qırğızıstan vətəndaşına atəş açıblar, nəticədə kişi ölüb.
 
Maide.Az "Report"-a istinadən  xəbər verir ki,  bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti xəbər yayıb.
 
Məlumata görə, aprelin 7-də Qırğızıstanın Cəlalabad vilayətinin Aksıkay rayonunun Mamay adlı ərazisində Özbəkistan hərbçiləri Qırğızıstan vətəndaşı – Kuruluş kəndinin sakini, 1984-ci il təvəllüdlü F.M.-ə qarşı silah tətbiq ediblər. Qırğızıstan ərazisində olan F.M. xəstəxanada vəfat edib.
 
Bildirilib ki, faktla bağlı araşdırma aparılır. Hazırda hdisənin səbəblərini araşdırmaq üçün hər iki tərəfin iştirakı ilə görüş keçirilir.
 

Google+ WhatsApp ok.ru