İran XİN: Dağlıq Qarabağda referendum keçirilməsi qəbuledilməzdir 20 Fevral 2017 02:00 Qarabağ xəbərləri “Dağlıq Qarabağda referendum keçirilməsi yersiz və bəyənilməz bir işdir”. Maide.Az xəbər verir ki, bunu APA-nın sualına cavabında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. O bildirib ki, bu addım qəbulolunmazdır: “Düşünürük ki, bu addım Azərbaycan və Ermənistan arasında böhranın həllinə heç bir kömək etməyəcək. Problemin həli yalnız danışıqlar yolu ilə baş tuta bilər”. B. Qasimi xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev yaxın vaxtlarda Tehrana səfər edəcək. Onun sözlərinə görə, İranın Azərbaycana baxışı aydın və dəqiqdir: “Bizim münasibətlərimiz möhkəmdir və çalışırıq ki, daha da inkişaf etsin”. Teqlər : #İran XİN: Dağlıq Qarabağda referendum keçirilməsi qəbuledilməzdir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Düşmən atəşkəs rejimini 30 dəfə pozub Düşmən atəşkəs rejimini 31 dəfə pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni