Əlcəzairdə həkim köməkçilərinin kütləvi tətili davam edir

Əlcəzairdə həkim köməkçilərinin kütləvi tətili davam edir

-- 7 ay öncə başlatdıqları kütləvi tətili davam etdirir...

Əlcəzairdə dövlət xəstəxanalarında çalışan həkim köməkçiləri əmək şəraitlərinin yaxşılaşdırılması məqsədilə 7 ay öncə başlatdıqları kütləvi tətili davam etdirirlər.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, geridə qalan müddətdə Səhiyyə Nazirliyi ilə aparılan 13 görüşdə müsbət nəticə əldə olunmayıb.
 
Həkim köməkçilərinin əsas tələblərindən biri köməkçiliyi başa vuraraq mütəxəssis kimi çalışamağa başlamadan öncə qaldıqları ərazidən uzaq bölgələrdə məcburi olaraq 2-4 il çalışamaları ilə bağlı qərarın ləğv edilməsidir.
 
Tətilə davam edən həkimlər bildiriblər ki, tələblərini yerinə yetirilməsə bu müddət daha da uzana bilər.
 
Qeyd edək ki, hazırda Əlcəzairdə 15 minə yaxın köməkçi həkim fəaliyyət göstərir.
 

Google+ WhatsApp ok.ru