Ənsarullah lideri: `Yəmənə təcavüzün əsl sahibləri ABŞ və İsrail rejimidir!`

Ənsarullah lideri: `Yəmənə təcavüzün əsl sahibləri ABŞ və İsrail rejimidir!`

Yəmənin Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi ən yeni döyüş avadanlıqları, hətta beynəlxalq aləmdə qadağan olunmuş silahlarla ABŞ-ın başçılıq etdiyi təcavüzkarlıqda, qəsbkarların hədəflərinə nail olmaq ümidi ilə sərf etdiyi bütün səylərin əbəs olduğunu və ağır məğlubiyyətə düçar olduqlarını bildirib.
 
Deyerler.org Əl-Məsirə-yə istinadən xəbər verir ki, Seyid Əbdülməlik Əl-Husi martın 26-da Səudiyyə rejiminin Yəmənə qarşı təcavüzkarlığına başlamasının ikinci ildönümündə çıxış edib. Ənsarullah hərəkatının rəhbəri iki ildən artıq bir müddətdə davam edən təcavüzkarlıqda Yəmən xalqının dəyərli müqavimətini nümayiş etdirdiyini və bu müqavimətin Allahın böyük yardımı və lütfü sayəsində baş verdiyini bildirib.
 
Əl-Husi təcavüzkar Səudiyyə rejimi qüvvələrinin Yəmənin müdafiəsiz qadın və uşaqlarını ən faciəvi şəkildə qətlə yetirdiyini, məscid və Qurani-Kərimi raket və bombalarla yandırıb dağıtdığını və hər cür cinayəti heç çəkinmədən etdiklərini bildirib.
 
Seyid Əbdülməlik Əl-Husi Yəmənə hücum fikrinin Amerika və işğalçı sionist İsrail rejiminin olduğunu, Səudiyyə rejiminin bu məsələdə sadəcə oyuncaq alət olduğunu qeyd edib.
Amerikanın bölgəni məhv etməyi hədəflədiyini bildirən Əl-Husi, bu sayədə İsrail rejimi və Səudiyyə rejimi arasında dostcasına münasibətlərin və Tel-Əviv ilə Abudabi arasında koordinasiyanın gücləndiyini söyləyib.
Ənsarullah hərəkatının rəhbəri Yəmən və Səudiyyə rejiminin sionist İsrail rejiminin maraqları üçün Yəməndə olduqlarını vurğulayıb.
 
Əl-Husi Yəmən xalqının Yəmənin müstəqilliyi, izzəti və azadlığı üçün fedakarcasına işğalçılara və düşmənin tərəfdaşlarına qarşı mübarizə apardığını bildirib. O, Yəmənə qarşı düşmənin hücumlarının Yəmən xalqının birlik və bərabərlik baxımından ölkələrini müdafiə etmələrinə vəsilə olduğunu deyib.
Seyid Əbdülməlik Yəmən xalqının heç vaxt təslim olmayacağını düşməni ölkələrindən çıxarana qədər mübarizəyə davam edəcəyini deyib.
 

Google+ WhatsApp ok.ru