“Bu qərar Azərbaycanda təhsili pullu edə bilər”

“Bu qərar Azərbaycanda təhsili pullu edə bilər”

Məhərrəm Zülfüqarlı: “Dövlət İmtahan Mərkəzinin ləğvi istənilən vaxt mümkündür”
 
Ali, orta təhsil və peşə ixtisası müəssisələrinə tələbə qəbulu planı ləğv edilib. Edilən dəyişikliyə əsasən qəbul planını həyata keçirmək Dövlət İmtahan Mərkəzinə deyil, Nazirlər Kabinetinə tapşırılıb. Dolayısı ilə Dövlət İmtahan Mərkəzinə bu səlahiyyətin verilməməsi, qurumun gələcək fəaliyyətini sual altına qoyub.
 
Bəs görəsən Dövlət İmtahan Mərkəzi gələcəkdə ləğv edilə bilərmi?
 
İslaminSesi mövzunu təhsil eksperti Məhərrəm Zülfüqarlı ilə müzakirə edib. Ekspert bildirib ki, Nazirlər Kabineti icra orqanıdır: “Ona görə də, istənilən məsələni, istənilən vaxt icra etmək səlahiyyətinə malikdir. Dövlət İmtahan Mərkəzinin isə ləğvi istənilən vaxt mümkündür. Çünki bu qurum keçid dövrü ilə əlaqədar yaradılmışdı. Keçid dövrü isə çox uzun müddət davam etdi. Ona görə də, keçmiş TQDK-nı ləğv etmək mümkün olmadı. Hazırda isə çox çətin bir vəziyyət yaranıb. Belə ki, Azərbaycanda tələbə qəbulu şərtləri sərtləşdirilib. Bu səbəbdən də, qonşu ölkələrdə fəaliyyət göstərən reytinqsiz universitetlərə attestatla qəbul axını başlayıb. Bu isə Azərbaycan ailəsinin büdcəsinin xaricə yönəlməsi deməkdir. Düşünürəm ki, bu səbəblərə görə ya Dövlət İmtahan Mərkəzi ləğv edilməlidir ki, universitetlər gələcəkdə çətin vəziyyətə düşməsinlər, ya da qəbul şərtləri sadələşdirilməlidir”.
 
Məhərrəm Zülfüqarlının sözlərinə görə, hazırda qəbul planı ləğv edilib və səlahiyyətlər Nazirlər Kabinetinə verilib. Lakin təkliflər planının hazırlanması da tapşırılıb: “Məhz təkliflər planının nədən ibarət olduğunu bildikdən sonra daha dəqiq nəticə çıxarmaq mümkün olacaq. Qəbul planının ləğv olunması, dövlətin hər hansı bir sifarişli qəbul planına maliyyə ayırmamasına gətirib çıxara bilər. Bu isə gələcəkdə təhsilin pullu olması ilə nəticələnər. Ona görə də, Nazirlər Kabinetinin hazırlayacağı təkliflər planının nədən ibarət olacağını gözləmək lazımdır”. /

Google+ WhatsApp ok.ru