2050-ci ilə qədər antibiotik müqavimətindən qaynaqlanacaq xəstəliklərdən 10 milyon insan öləcək

2050-ci ilə qədər antibiotik müqavimətindən qaynaqlanacaq xəstəliklərdən 10 milyon insan öləcək

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Amerika Dərman Agentliyi (FDA) və bir sıra ölkənin səhiyyə qurumu tərəfindən dövrün problemi kimi qəbul olunan "antibiotik müqaviməti" insanın sağlamlığını təhdid etməyə davam edir.
 
Ankara Universitetinin baytarlıq fakültəsinin müəllimi professor-doktor Ender Yarsan baytarlıq xidmətlərində insanlardan iki dəfə çox istifadə olunan antibiotiklərin ət, süd və digər məhsullarla insanın orqanizminə daxil olduğunu deyib: "İnsanlar üçün olduğu kimi, heyvanlar üçün də antibiotiklər reseptsiz satılmamalıdır. Araşdırmalar göstərir ki, 2050-ci ilə qədər antibiotik müqavimətindən qaynaqlanacaq xəstəliklərdən 10 milyon ölüm baş verəcək", - deyə o bildirib.
 
Dünya ölkələrinin antibiotik müqavimətilə əlaqədar mübarizənin yollarını axtardığını deyən professor doktor Ender Yarsan sözlərini belə davam edib: "Artıq dərmanlar təsirsiz qalmaqdadır. Çox sadə bir soyuqdəymələrə belə artıq müalicələr təsir etmir və ölümlərlə nəticələnir".
 
O, Avropa Birliyinə üzv ölkələrdə hər il ən az 25 min insanın antibiotik müqaviməti nəticəsində inkişaf edən xəstəliklər nəticəsində öldüyünü bildirib.(deyerler.org)
 

Google+ WhatsApp ok.ru