3-günlük QARĞIDALI PƏHRİZİ 14 İyun 2016 01:00 Sağlamlıq Qarğıdalı qidalı liflərlə və zülallarla zəngindir. Bu səbəbdən qarğıdalı tez toxluq hissi yaradır və uzun müddət ərzində insanı tox saxlayır. Həmçinin qarğıdalı bağırsaqları yaxşı təmizləyir, yüngül sidikqovucu təsir edir. Bu faydalı xüsusiyyətlərə görə bir çox diyetoloqlar qarğıdalını pəhriz zamanı istifadə etməyi tövsiyə edirlər. Sizə belə pəhrizin bir variantını təqdim edirik. Səhər acqarına 1 stəkan su için. 30 dəqiqədən sonra 1 orta ölçüdə olan qarğıdalı yeyin. Günorta 1 xiyar, 1 pomidor, 1 bibər, göyərtilər və 1/2 qarğıdalıdan (dənəcikləri çıxardın) ibarət olan salat yeyin. Axşam 1 qarğıdalı yeyin. Yatmazdan əvvəl 1 çimdik darçın və 1 çimdik zəncəfil əlavə olunmuş 1 stəkan kefir için. Bu qaydaya uyğun olaraq 3 gün ərzində qidalanın. Gün ərzində 2 l maye (yaşıl çay, su, itburnu dəmləməsi) qəbul edin. Saglamolun.Az Teqlər : #3günlük QARĞIDALI PƏHRİZİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qara ciyərinizin sağlam olduğunu TESTLƏ yoxlayın Oruc tutanlar diqqət: Bu qidalar insanda iştahanı artırır
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir