34 ilə 34 milyona insan öldürən xəstəlik 30 Noyabr 2015 02:00 Sağlamlıq Son 34 ildə dünyada təxminən 34 milyon insan İİV infeksiyasından dünyasını dəyişib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabatda bildirilir. Hesabata əsasən, 2013-ci ildə 2,1 milyon insanda İİV virusu aşkarlanıb ki, bunun da 240 mini uşaq olub. Ümumilikdə 1,5 milyon insan bu xəstəlikdən ölüb. Keçən il isə dünyada 2 milyon yeni xəstə qeydə alınıb ki, onlardan 220 mini uşaqdır. 1,2 milyon insan isə həyatını itirib. Qeyd edək ki, ÜST BMT-nin dəstəyi ilə 1 dekabrı Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edib. Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) olan xəstəlik insanların İİV-ə yoluxması ilə başlayır. Nəticədə insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulur. Dünyada QİÇS-dən vəfat edənlərin sayı milyonlarla ölçülür. ABŞ-ın Los-Anceles şəhərində 1981-ci ildə ilk dəfə bir qrup homoseksualda rast gəlinən xəstəlik Azərbaycanda 1987-ci ildə aşkarlanıb.report Teqlər : #34 ilə 34 milyona insan öldürən xəstəlik, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mədə xərçəngini törədən ağ düşmən Azərbaycanda nikaha daxil olmaq istəyən 45 nəfərin İİV-ə yoluxduğu aşkarlanıb
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir