“BlackBerry” çökür: şirkət işçiləri çıxarır

Kanadanın ağıllı telefon istehsalçısı olan “BlackBerry” şirkətində iqtisadi böhran davam edir.
 
Maide.az xəbər verir ki, şirkət düşdüyü çətin vəziyyətdən çıxmaq üçün dünyanın müxtəlif yerlərində çalışan işçiləri azaltmaq haqqında qərar qəbul edib.
 
Açıqlamada bildirilib ki, ixtisarlar mobil təchizat və proqramlaşdırma sahələrində çalışan işçiləri əhatə edəcək.
 
Şirkət növbəti aylarda əsasən satışın çoxaldılması və digər firmalarla əməkdaşlıq etmək haqqında düşünür.
 
Qeyd edək ki, “BlackBerry” şirkətinin dünya üzrə 7 minə yaxın işçisi var. Şirkətin mərkəzi Kanadanın Vaterlo şəhərində yerləşir./

Google+ WhatsApp ok.ru