“Onkoloji xəstəliklərin cavanlaşması və artması 3 faktora bağlıdır” - Həkim rəyi

“Onkoloji xəstəliklərin cavanlaşması və artması 3 faktora bağlıdır” - Həkim rəyi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, 2010-2020-ci illər ərzində qeyri-infeksion xəstəliklər, o cümlədən xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15 faizədək artacağı gözlənilir.
 
Məlumata əsasən, 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq. Məlumata əsasən, həmin halların 4/5 hissəsi Azərbaycanın da daxil olduğu aşağı və orta gəliri olan ölkələrdə baş verəcək.
 
Onkoloq Konül Hənəfiyeva Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, onkoloji xəstəliklərin sayının artması və cavanlaşması faktı ciddi olaraq müşahidə edilməkdədir: “Bu tendensiya dünya üzrə qeyd edilən göstəricilərdə də özünü göstərməkdədir. Azərbaycanda da analoji durum hökm sürür. Təbii ki, bu mövzu kifayət qədər narahat edən bir mövzudur. Bunun səbəbləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. İlk olaraq biz stress faktorunu əsas kimi gətirə bilərik. Stress insanlarda onkoloji xəstəliklərin aşkarlanması ilə bağlı ən ciddi rola malik faktordur. Digər tərəfdən insanların həyatının bütün sahələrinə daxil olmuş texnoloji avadanlıqlar da bu məsələdə aparıcı rola malikdir. Texnoloji avadanlıqlar nə qədər ciddi şəkildə həyatımızı sürətləndirsə də və bizim işlərimizi asanlaşdırsa da ciddi fəsadlarının olmasını da unutmamalıyıq. Eyni zamanda ən ciddi amillərdən biri kimi qida faktorunu da qeyd etmək zəruridir. Belə ki, qeyri-sağlam qidaların qəbul edilməsi, uşaqlar üçün buraxılan cürbəcür süni qatqılarla zəngin olan qidalar onkoloji xəstəliklərin cavanlaşmasına və artmasına səbəb olur”.
 

Google+ WhatsApp ok.ru