İƏT: Dağlıq Qarabağda qondarma 'seçkilər' BMT qətnamələrinə ziddir

İƏT: Dağlıq Qarabağda qondarma 'seçkilər' BMT qətnamələrinə ziddir

"İslami Əməkdaşlıq Təşkilatı (İƏT) işğal altındakı Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i rədd edir".

 
Maide.Az APA-a istinadla xəbər verir ki, bu barədə təşkilatın rəsmi internet saytında yerləşdirilən bəyanatda deyilir.
 
Bəyanatda bildirilib ki, Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ regionunda keçirilən qondarma "seçkilər" BMT-nin müvafiq qətnamələrinə ziddir.
 
"İƏT-in Baş katibliyi Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ regionunda 31 mart tarixində keçirilən "seçkilər"i BMT-nin Dağlıq Qarabağla bağlı müvafiq qətnamələrinə zidd görür. İƏT münaqişənin həllində İslami Əməkdaşlıq Təşkilatının və ATƏT-in müvafiq qərar və qətnamələrinə istinad edir. Bu qətnamələr münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilməsini dəstəkləyir".

Google+ WhatsApp ok.ru