Şəban ayı – Allahın rəhmətindən faydalanmaq üçün çox dəyərli zaman kəsiyi

Şəban ayı – Allahın rəhmətindən faydalanmaq üçün çox dəyərli zaman kəsiyi

Şəban ayıdır, ilahi rəhmətin göydən yağış kimi yağıldığı bir aydır. “Şəbaniyyə minacatı”nın ayrı-ayrı fraqmentlərinə, Şəban ayının gecələrinə məxsus dualara, habelə bu ayın digər dua və əməllərinə nəzər saldıqda hiss edirsən ki, Şəban ayı Allahın rəhmətindən faydalanmaq üçün çox dəyərli bir zaman kəsiyidir.

 
Əziz gənclər! Qəlbi pak, ruhu hazır olan sizlər bu aydan daha çox faydalana bilərsiniz və ümid edirəm ki, bu ayın bərəkətlərindən, bu ayda yağdırılan ilahi rəhmətdən bəhrələnəcəksiniz. (Ali Rəhbərin İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın müdavimlərinin buraxılış mərasimində etdiyi çıxış – 10/May/2017.)
 
Əziz gənclər, Quranla ünsiyyətinizi qoruyub saxlamağa çalışın; Allaha şükürlər olsun ki, bizim gənclərimizin arasında Quran hafizləri çoxdur. Quranı qorumağa, tilavət etməyə, ilahi ayələrin mənası haqda dərindən düşünməyə önəm verin.
 
Namaza diqqət ayırın, namazı gözəl bir şəkildə, diqqətlə, Yaradanın hüzurunda olduğunu dərk edərək qılmağa çalışın. Namazda “hüzuri-qəlb” (qəlb iştirakı) olmalıdır deyirik, bu o deməkdir ki, namaz zamanı insanın bütün qəlbi, diqqəti namazında olsun, namazdan uzaqlaşmasın, yayınmasın. Bəzən namaz qılırıq, qəlbimiz başqa yerdə olur; “hüzuri-qəlb” də elə odur ki, qəlbimiz namaz qıldığımız məkanda olsun, bütün diqqəti qıldığımız namazda olsun, başqa bir yerdə olmasın. Siz gənclər bunu bir məşq edin; ola bilsin, əvvəl-əvvəl bir az çətin olsun, ancaq davamlı olaraq məşq edin, getdikcə asanlaşacaq, sizdə bir adət halını alacaq. Əgər bunu indi məşq edib özünüzdə yarada bilsəniz, həmişə işinizə yarıyacaq; əgər gənclikdə məşq edib alışmasanız, mənim yaşıma çatanda çətin olacaq.Namazla, Quranla, təvəssüllə, Şəban ayının dua və münacatları ilə Allah-Taala ilə ünsiyyət qurun.
 
Qarşıdan Ramazan ayı gəlir; bu ayın mübarək gündüz və gecələri ilə özünüzü, ruhunuzu saflaşdırın, rayihələndirin, nurlandırın, inşallah, bütün bu böyük işləri həyata keçirməyə müvəffəq olacaqsınız. (Ali Rəhbərin İmam Hüseyn (ə) adına Hərbi Akademiyada etdiyi çıxış – 23/May/2016.)
 
Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru