Adamlar özləri də bilmədən normadan artıq yeyirlər 11 Avqust 2016 01:00 Sağlamlıq Alimlər qidada kalorinin miqdarına nəzarət etməyin asan üsulunu təklif ediblər. Trend Sputnik-ə istinadən məlumat verir ki, son on ildə adamlar daha az kalorili yeməklər yesələr də, piylənmə ildən-ilə artır. "BIT" şirkətinin əməkdaşları bunun səbəbini öyrənməyə çalışıblar. Tədqiqat göstərib ki, adamların əksəriyyəti özləri də hiss etmədən normadan çox yeyir. Yaşlı insanın qida rasionunda orta hesabla 2000 kalori olmalıdır. Fiziki əməklə məşğul olan kişilərə daha çox, ofisdə əyləşən qadınlara daha az kalori lazımdır. Alimlər müəyyən ediblər ki, insanlar gündə orta hesabla təxminən 3000 kalori qəbul edir, yəni normadan 150 faiz çox yeyirlər. Alimlər bildiriblər ki, qidada kalorinin miqdarına nəzarət etmək asandır, bunun üçün sadə həqiqəti dərk etmək kifayətdir. Şirniyyat həmişə kalorilidir. İki konfetdə suda bişmiş böyük ət tikəsində olduğu miqdarda kalori ola bilər. Yarım litr kolada 200 kalori var. Bulkada da eyni miqdarda kalori var. Məhz bu cür məhsullar normadan çox yeməyin həcmini təşkil edir. Teqlər : #Adamlar özləri də bilmədən normadan artıq yeyirlər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sizi yavaş-yavaş öldürən enerji içəcəyi barədə bilmədikləriniz FOTO Plastik butalkalarda su həqiqətən ziyanlıdırmı?
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir