Adi çayın yerinə bu çayları için 24 Sentyabr 2016 01:00 Sağlamlıq Gündəlik içdiyimiz qara çayın bir çox faydalı xüsusiyyətləri var. Lakin bəzən adi çayın yerinə ot çayları içmək də çox yaxşı olardı. Ot çaylarını hazırladıqda müəyyən qaydalara riayət edin: - Çayı axşamdan termosda dəmləyin, növbəti gün için. - 1 x.q. ot üçün 1 stəkan isti (çox qaynar yox!) su götürülür. Ədviyyatlardan istifadə etdikdə 1 stəkan su üçün çay qaşığının 1/3 hissəsi ədviyyat götürülür. - Növbəti gün çayı yaxşı süzün və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla 2-3 dəfə için. Çaya bal, limon da əlavə edə bilərsiniz. Sizə ən faydalı ot çaylarını təqdim edirik: - Ürək-damar sistemini möhkəmləndirən çaylar: yemişan, bədrənc (melissa), pişikotu kökləri, nanə. - Mədə-bağırsaq sistemi üçün ən faydalı çaylar: çobanyastığı, kəklikotu, cirə, nanə, zirə, boymadərən. - Böyrəklərin sağlamlığını qoruyan çaylar: itburnu, pol-pala, qarğıdalı saçaqları. - Qaraciyəri möhkəmlənditən çaylar: qanqal - Təzyiqi aşağı salan çaylar: zirinc, tozağacı yarpaqları, itburnu. - İmmuniteti möhkəmləndirən çaylar: itburnu, kasnı, çaytikanı, jenşen, zənçəfil kökü, darçın, mixək - Sakitləşdirici çaylar: pişikotu kökləri, mayaotu toxumu, bədrənc (melissa). (saglamolun.az) / Teqlər : #Adi çayın yerinə bu çayları için , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Siqaret orqanizmin genetikasına təsir edir Alimlər: `Yuxu həqiqətən də yaddaşı gücləndirir`
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir