Ali məktəblərin boş qalan yerlərinə qəbul üçün 182 abituriyent ixtisas seçimi edib

Ali məktəblərin boş qalan yerlərinə qəbul üçün 182 abituriyent ixtisas seçimi edib

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, saat 11.30-a qədər 182 abituriyent qəbul olmaq istədiyi ixtisasları elektron ərizəsinə daxil edərək təsdiqləyib.
 
Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılır. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub.
 
Xatırladaq ki, TQDK 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 11-də elan edib. Nəticələrə əsasən, ali təhsil müəssisələrinin 41736 plan yerinin müsabiqəsində 38118 abituriyent iştirak edib. Onlardan 34224 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul olanların 16369 nəfərini oğlanlar, 17855 nəfərini qızlar təşkil edir. 12309 nəfər dövlət sifarişi əsasında, 21915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
 

Google+ WhatsApp ok.ru