Qafqaz Universitetində daha nələr gözlənilir? 17 Avqust 2016 01:00 Elm, Təhsil Qafqaz Universitetində bir sıra araşdırma mərkəzləri ləğv edilə bilər. Bakı Ali Neft Məktəbinin rektoru, “Qafqaz” Universitetinin müvəqqəti idarəçiliyini həyata keçirən Elmar Qasımov Trend-ə bildirib ki, universitetdə bir sıra araşdırma mərkəzləri var ki, onlar bu ali təhsil müəssisəsinin profilinə uyğun deyil: “Həmin mərkəzlər ola bilsin ki, ləğv ediləcək”. E.Qasımov Qafqaz Universitetindən 50-dək türkiyəli müəllimin azad edilməsi məsələsinə də aydınlıq gətirib. O bildirib ki, türkiyəli müəllimlərin universitetlə əmək müqaviləsinin müddəti başa çatıb: “Türkiyəli müəllimlərlə bağlanmış əmək müqaviləsinin vaxtı uzadılmayıb və onlar universitetdən xaric edilib. Artıq Qafqaz Universitetində türkiyəli müəllim qalmayıb. Onların yerinə azərbaycanlı müəllimlər işə götürüləcək və gənc mütəxəssislərə üstünlük veriləcək”. / Teqlər : #Qafqaz Universitetində daha nələr gözlənilir?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali məktəblərin boş qalan yerlərinə qəbul üçün 182 abituriyent ixtisas seçimi edib Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başa çatır