Alkoqol xərçəngin artma riskini çoxaldır

Alkoqol xərçəngin artma riskini çoxaldır

Yeni Zellandiyalı həkimlər spirtli içkilərin az miqdarının belə, insanda xərçəng yaradmasını araşdırıblar.
 
Maide.Az xəbər verir ki, bu barədə Aqat Universiteti məlumat yayıb.
 
"Yeni Zellandiyada spirtli içki nəticəsində, yaranmış süd vəzisi xərçəngi ölümlərinin 60% qadınların üzərinə düşür. Bizim hesablamalara görə, 2007-cu ildə 71 ölüm hadisəsi, 2012-ci ildə isə 65-i spirtli içkidən yaranmış nöqsanlara görə dünyasını dəyişib", - deyə Cenni Konnor bildirib. 
 
O vurğulayıb ki, hətta kiçik (içki içənlər hazırda məqbul sayırlar) dozalarda alkoqol xərçəngin inkişafı riskinə gətirib çıxarır. Əgər spirtli içki qəbul edən qadınlar əsasən süd vəzisi xərçəngindən əziyyət çəkirlərsə, kişilər tərəfindən isə bu, ankaloji (qırtlağ və qara ciyər, qida borusu, ağız boşluğu xərçənginin) xəstəliklərinə yol açır. /

Google+ WhatsApp ok.ru