Antibiotiklərə davamlı bakteriya kəşf olunub

Tədqiqatçılar bildirir ki, Çində bütün antibiotiklərə davamlı bakteriya kəşf edilib və hətta digər müalicələrin səmərə verməməsindən sonra tətbiq edilən dərmanlar da ona təsir edə bilmir.
 
Maide.az xəbər verir ki, bu kəşf  geniş spektrli antibiotik sayılan Kulistin də bu bakteriyaya yoluxmuş insanlar və heyvanlara da kömək edə bilmədikdən sonra açıqlandı.
 
Alimlər narahatdırla ki bu müqavimətli bakteriya bütün dünyaya yayıla və əlacsız infeksiyaların siyahısını genişləndirə bilər. Belə bir ehtimal irəli sürülür ki həmin bakteriyanın müqavimətli olmasının səbəbi Çində heyvanlarda infeksiyanın müalicəsində Kulistindən həddindən artıq istifadə etməkdir.
 
Bakteriyaların antibiotiklərə qarşı müqavimətli olmasının təhlükəli perspektivi onu səbəb olmuşdur ki bu vəziyyət “Antibiotikin Qiyamət günü” adlandırılıb, yəni elə bir şərait ki dünyanı orta əsrlərə və bəşəriyyətin yoluxucu xəstəliklərin müalicəsində uğursuzluq dövrünə qaytarır.
 
Araşdırmaçılar bu bakteriyanı yoxlayarkən onda bir növ genetik mutasiya aşkar ediblər ki, Kulistinin onu məhv etməkdə təsirsiz olmasına səbəb olur.
 
Lancet Infectious Diseases jurnalında dərc edilən bu tədqiqatın hesabatında deyilir ki, müqavimətli bakteriya Çində üzərində analiz aparılan heyvanların beşdə birində, eləcədə 16 xəstə insanda müşahidə edilib.
 
Habelə, görünür ki, bu bakteriya Çindən kənara, o cümlədən Laos və Malaziyaya da yayılıb. Daha pisi odur ki, antibiotiklər qarşısında müqavimət göstərən genetik mutasiya daha bir neçə bakteriyaya da keçib.
 
Britaniyalı bir ekspert bildirib ki bu prosesin davam etməsi o deməkdir ki, bu bakteriyalardan birinə yoluxan bir nəfər ağır xəstələnərsə, onu müalicə etmək üçün heç bir şey etmək olmaz.
 
Lakin, bəzi bakteriyaların antibiotiklərə qarşı müqavimət göstərməsi yeni deyil- yeni kəşfi sual altına qoyan məqam odur ki, onda genetik mutasiya elə bir formada özünü göstərir ki, asanlıqla başqa növ bakteriyalara da sirayət etmiş olur.
 
Beləliklə, böyük bir bakteriyalar toplusu hal-hazırda bəşəriyyətin əlində olan bütün dərmanların qarşısında müqavimətli ola bilər./
 

Google+ WhatsApp ok.ru