Ağrıkəsicilər ürək xəstəliklərinə şərait yaradır

Ağrıkəsicilər ürək xəstəliklərinə şərait yaradır

 
Ağrı kəsicilər 65 yaşdan yuxarı şəxslərdə ürək xəstəliklərinə səbəb olur. İngiltərədə aparılan araşdırmaya görə,  ağrı kəsicilər, ürək çatışmazlığı riskini artırır. İngilitərədə nəşr olunan tibb jurnalı "British Medical Journal" tərəfindən aparılan araşdırma, ibuprofen, naproksen və diklofenak kimi təsirli maddələrə malik ağrı kəsicilər 65 yaşdan yuxarı şəxslərdə ürək xəstəliklərinə zəmin hazırladığı məlum olub.
 
Maide.Az məlumat verir ki, tədqiqatda İngiltərə, Hollandiya, İtaliya və Almaniyadan yaş ortalaması 77 yaş olan və bu maddələrə malik ağrı kəsiciləri istifadə edən 10 milyon insan iştirak edib.
 
Tədqiqatçılar, bu dərmanlardan istifadə edən şəxslərin ürək çatışmazlığına görə xəstəxanaya müraciət etdiyini bildirblər.
 
Ancaq mütəxəssislər, ağrı kəsici dərmanların 65 yaş altı insanları təsir etdiyinə dair məlumat əldə etmədiklərini bildirib. (dunyabulteni) /

Google+ WhatsApp ok.ru