Artıq çəki beyində erkən yaşlanmaya səbəb olur

Artıq çəki beyində erkən yaşlanmaya səbəb olur

Yeni tədqiqatların nəticəsində məlum olub ki, ortayaşlı insanlarda artıqçəki, beyində erkən yaşlanmaya səbəb ola bilər. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, tədqiqat zamanı artıq çəkinin beyində ağ maddə (beynin əsas hissəsi) üzərinə təsiri araşdırılıb.  Beyində ağ maddə yaş artdıqca azalır. Amma yeni tədqiqatlar göstərib ki, 50 yaşlı kök şəxslə, 60 yaşlı şəxsin beynindəki ağ maddənin miqdarı bərabərdir. 
 
Araşdırma Böyük Britaniyanın Kembric (Cambridge) Universitetində 20-87 yaşlı 500 kişi və qadının üzərinə aparılıb. Tədqiqatda iştirak edənlərin yarısı kök insanlar olub.
 
Tədqiqat zamanı həmçinin məlum olub ki, artıq çəki  alzaymer və ağlını itirmə və ya demensiya riskini artırır.

Google+ WhatsApp ok.ru