ATƏT-in Minsk qrupu bəyanat yaydı 02 Aprel 2016 01:00 Qarabağ xəbərləri ATƏT- in Minsk qrupu həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa) və İqor Popov (Rusiya) təmas xəttində baş verən son gərginliklə bağlı birgə bəyanat yayıblar. APA-nın məlumatına görə, həmsədrlər təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin geniş miqyasda pozulması ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər: "Biz gücdən istifadəni sərt şəkildə pisləyirik və mülki insanlar daxil olmaqla insan itkilərinə görə təəssüflənirik". Həmsədrlər tərəfləri atəşi dayandırmağa və ərazidə vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırırlar. "Münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur", - deyə bəyanatda bildirilir. / Teqlər : #ATƏTin Minsk qrupu bəyanat yaydı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cəbhədən son xəbər: 12 hərbiçimiz şəhid olub, yüzdən çox erməni hərbiçi ölüb və yaralanıb Federika Mogerini Dağlıq Qarabağda atəşkəsin əməl olunmasına çağırıb
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni