Federika Mogerini Dağlıq Qarabağda atəşkəsin əməl olunmasına çağırıb

 Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik ali nümayəndəsi Federika Mogerini Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı dərin narahatlığını ifadə edib.
 
APA-nın məlumatına görə, F. Mogerininin yaydığı bəyanatda deyilir ki, o, tərəfləri atəşkəsə əməl etməyə çağırıb: "Cəbhə xəttində gərginliyin artması ilə bağlı xəbərlər məni olduqca narahat edir. Mən tərəfləri atəşkəsə riayət etməyə çağırıram. Tərəflər dözümlülük nümayiş etdirməli və gərginliyin artmasına səbəb ola biləcək hərəkət və bəyanatlardan çəkinməlidir. İnsan itkilərinin olması da məni olduqca məyus edir. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. Ümid edirik ki, tərəflər atəşkəs rejiminə qəti şəkildə əməl edəcək və sülh danışıqlarını bərpa edəcək"./

 

Google+ WhatsApp ok.ru