ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək 04 Yanvar 2019 10:00 Qarabağ xəbərləri ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq üçün Azərbaycana və Ermənistana səfər etməyi planlaşdırır. Maide.Az xəbər verir ki, "Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, regiona səfər fevral ayının ortalarına planlaşdırılıb. Xatırladaq ki, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılmış münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq. Daha əvvəl bildirilirdi ki, Slovakiya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak etmək niyyətindədir. Teqlər : #ATƏTin,#fəaliyyətdə,#olan,#sədri,#Azərbaycana,#gələcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni ordusu həftə ərzində atəşkəsi 189 dəfə pozub Horadiz əməliyyatından 25 il ötür
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni