Horadiz əməliyyatından 25 il ötür

Horadiz əməliyyatından 25 il ötür

Yanvarın 5-də Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin ən uğurlu əməliyyatlarından olan Horadiz döyüşlərinin 25 ili tamam olur
 
Maide.Az-ın məlumatına görə, Azərbaycan Ordusu mərhum prezident Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il yanvarın 5-də və 6-na keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 21, Cəbrayıl rayonunun isə 1 yaşayış məntəqəsini (Cocuq Mərcanlı kəndi) erməni işğalçılarından azad edib.
 
Horadiz əməliyyatı həmin vaxt ermənilərin Beyləqan rayonuna planlaşdırdığı hücumunun da qarşısını alıb. Bu döyüşlərdə ermənilər böyük itkilər verib.
 
Horadiz əməliyyatı 1993-cü il dekabrından başlayıb, 1994-cü il 6 yanvar tarixinə kimi davam edib. O zaman Azərbaycan Milli Ordusu Horadizi işğaldan azad edərək, qəsəbədə asılmış erməni bayrağını ayaqlar altına atdı. 
 
 

 

Google+ WhatsApp ok.ru