Avstraliya alimləri yeni bir koronavirus yetişdirə bildilər 29 Yanvar 2020 12:42 Sağlamlıq Avstraliya Elmi İnstitutunun alimləri uğurla yeni bir koronavirus yetişdirdilər, bu nəticə beynəlxalq laboratoriyalara xəstəlik ilə mübarizə üçün vacib məlumatlar təqdim edəcəkdir. Maide.Az "RIA Novosti" istinadla xəbər verir ki, Melburndakı Doherty İnstitutunun saytında verilən məlumata görə, virusu xəstələrdən birinin nümunəsindən yetişdiriblər. Bu, koronavirusun Çindən kənarda ilk yetişdirilməsi hadisəsidir. "Çin hakimiyyəti diaqnoz üçün vacib olan yeni koronavirusun genom ardıcıllığını dərc edib, lakin əsl virusun olması o deməkdir ki, indi analizin bütün metodlarını faktiki olaraq müəyyənləşdirmək və sınaqdan keçirmək, həmçini onun həssaslıqlarını və xüsusiyyətlərini müqayisə etmək imkanımız var - bu diaqnostika üçün bir irəliləyiş olacaq". Deyə virus aşkarlanması laboratoriyasının rəhbəri doktor Culian Drius qeyd edib. Onun sözlərinə görə, virus Avstraliyada xəstəliyi aşkar etmək üçün istifadə ediləcək, eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edən laboratoriyalara köçürüləcək. Çində demək olar ki, 6 min nəfər bu virusa yoluxmuş, 132 nəfər həyatını itirmişdir. Teqlər : #Avstraliya,#alimləri,#yeni,#bir,#koronavirus,#yetişdirə,#bildilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Koronavirusa yoluxmamaq üçün nələrə əməl edilməlidir? Rusiyanın Səhiyyə Nazirliyi koronavirus üçün üç dərman təyin etdi
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir