Ayətullah Xaemenei tərəfindən Minada vəfat edən zəvvarlar üçün mərasim keçiriləcək

Mina faciəsində dünyasını dəyişənlər üçün Ali Lider Ayətullah Seyyid Əli Xamenei tərəfindən həftənin bazar günü matəm mərasimi təşkil olunacaq.
Maide.az xəbər verir ki, mərasim Tehranda yerli vaxtla saat  15:30-dan 17:30-dək İmam Xomeyni adına hüseyniyyədə keçiriləcək. 
Bunan başqa eyni vaxtda Qum şəhərində İmam Rzanın (ə) bacısı həzrət Məsumənin hərəminin İmam Xumeyni adına məscidində Ayətullah Xamenei tərəfindən daha bir mərasim keçiriləcək”.
Qeyd edək ki, Məkkədə - Mina dağında sentyabrın 25-də baş verən izdihamda 4700-ə yaxın zəvvar ölüb, 2000 -ə yaxın zəvvar isə yaralanıb. Minadakı hadisədə ölən iranlı zəvvarların sayı 465 nəfərdir. /
 

Google+ WhatsApp ok.ru