Çayı qədərindən artıq içməyin 14 Yanvar 2018 02:00 Sağlamlıq -- Gün ərzində 4-5 fincan təzə dəmlənmiş yaxşı çay içmək orqanizmə böyük fayda verə bilər. Sidikqovucu təsirinə malik olduğundan böyrəkləri həddindən artıq yükləyir Çay ən faydalı içkilərdən biri sayılır. Çay orqanizmi tonuslaşdırır, təzyiqi tənzimləyir, mübadilə proseslərini stimullaşdırır, qanda pis xolesterolun səviyyəsini aşağı salır, orqanizmi təmizləyir, xərçəngin riskini azaldır. Alimlərin fikrinə görə, gün ərzində 4-5 fincan təzə dəmlənmiş yaxşı çay içmək orqanizmə böyük fayda verə bilər. Bundan artıq miqdarda içilən çay isə əksinə sağlamlığa ziyan vurur. Maide.Az saglamolun.az-a istinadən sizə çoxlu çay içməyin ziyanlarını təqdim edir: 1. Sümüklər üçün ziyanlıdır, sümüklərdən kalsiumu yuyub aparır ki, bu da onları zəif və kövrək edir, sınıqların riskini artırır. 2. Sinir sisteminə qıcıqlandırıcı təsir edir, yuxu pozulmalarına, əsəbiliyə səbəb olur. 3. Diş emalına mənfi təsir edir. 4. Sidikqovucu təsirinə malik olduğundan böyrəkləri həddindən artıq yükləyir. 5. Orqanizmdə dəmirin sovrulmasını pisləşdirir ki, bu da hətta anemiyanın (qanazlığı) inkişafına səbəb ola bilər. 6. Mədənin turşuluğunu artırır ki, bu da qastrit və xora xəstəliyindən əziyyət çəkənlərə ziyanlıdır. Ümumiyyətlə mədə turşuluğunun artması zamanı çayın istehlakını minimuma azaltmaq lazımdır. 7. Podaqra və artrit kimi xəstəliklərin riskini artırır. 8. Arterial təzyiqi artırır. Teqlər : #Çayı qədərindən artıq içməyin, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ukraynada xəstəliyə yoluxanların sayı durmadan artır Həkimlərdən valideynlərə ciddi xəbərdarlıq: Qızılca epidemiyası sürətlə yayılır
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir