Azərbaycanda qalxanabənzər vəzin xərçəngi xəstəliyinə tutulan uşaqların sayı artıb 10 Sentyabr 2015 01:00 Sağlamlıq Azərbaycanın səhiyyə müəssisələrində qalxanabənzər vəzin bədxassəli yenitörəmə xəstəliyi diaqnozu ilə qeydiyyatda olanların sayı 2013-cü ilin sonuna 767 nəfər, 2014-cü ilin sonuna isə 946 nəfər olub. Bu barədə "Report"a Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rəfael Süleymanov məlumat verib. O bildirib ki, 2013-cü ildə qalxanabənzər vəzin xərçəngi xəstəliyindən qeydiyyatda olan 0-17 yaş uşaqların sayı 4, 2014-cü ildə isə 6 nəfər olub: "2013-cü ildə bu xəstəlikdən ölənlərin sayı 20 nəfər, 2014-cü ildə isə 14 nəfər olub. Ölənlər arasında uşaqlar qeydə alınmayıb". Teqlər : #Azərbaycanda qalxanabənzər vəzin xərçəngi xəstəliyinə tutulan uşaqların sayı artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Cənubi Qafqazda ən çox uşaq ölən ölkədir Əlləriniz tez-tez soyuq olursa, mütləq oxuyun!
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir