Azərbaycan sağlamlıq reytinqində 145 ölkə arasında 87-ci olub

Azərbaycan dünyanın ən sağlam ölkələri siyahısında 145 dövlət arasında 87-ci olub.
Bbu barədə "Bloomberg"in BMT-nin məlumatları əsasında apardığı tədqiqatının nəticələrində bildirilir.
Siyahıda MDB ölkələrindən Gürcüstan 71, Ermənistan 79, Tacikistan 84, Özbəkistan 85, Belarus 91, Rusiya 97, Ukrayna 99, Qırğızıstan 101 və Türkmənistan 104-cü yerdə qərarlaşıb.
Tədqiqat zamanı son beş il ərzində səhiyyə məlumatları təhlil edilib. Araşdırma zamanı əsas gözlənilən uzunömürlülük, körpə ölümü, ölüm səbəbləri, üç yaş qrupu üzrə ölüm faizi (ən azı 14 yaş, 15-dən 64-ə, 65-dən yuxarı) və başqa amillər nəzərə alınıb.
Risk faktorları növbəti göstəricilər üzrə qiymətləndirilib: 15 yaşdan yuxarı siqaret çəkənlərin faizi, adambaşı spitrli içki qəbulu litri, fiziki qeyri-fəal vətəndaşların sayı, xolestrinin səviyyəsi, arterial təzyiq, HİV-ə yoluxma sayı və s.
Reytinqdə ən yüksək pilləni sinqapurlular tutublar. Burada sağlamlıq səviyyəsi 89,45% qiymətləndirilib.
Reytinqin son yerlərində Afrika ölkələri qərarlaşıb.("Report")

Google+ WhatsApp ok.ru