Azərbaycanda şəkərli diabet xəstələrinin sayı azalıb

Azərbaycanda insulindən asılı olan şəkərli diabet xəstələrinin sayı azalıb.
 
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2012- ci ilədək şəkərli diabet xəstələrinin sayı artaraq 27 588-ə çatsa da, 2013-cü ildə bu rəqəm azalaraq 26 398-ə, 2014-cü ildə isə 25 142-yə enib.
 
İnsulindən asılı olmayan şəkərli diabet xəstələrinin sayı isə 2012-ci ildə 124 158-ə, 2013-cü ildə 150 548-ə, 2014-cü ildə isə 167 007-yə yüksəlib.
 
Ümumilikdə ölkədə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 2012-ci ildəki 153 506 nəfər göstəricisindən yüksələrək 194 520-yə çatıb.
 
2013-cü ildə ilk dəfə qoyulmuş diaqnozla 23 498 nəfər, 2013-cü ildə 24 182 nəfər, 2014-cü ildə isə 25 152 nəfər qeydə alınıb. /
 

Google+ WhatsApp ok.ru