Azərbaycan Ordusunun şəhid hərbçiləri dəfn olunur -FOTO

Düşmənlə gedən döyüşdə həlak olan Azərbaycan Ordusunun əsgəri 20 yaşlı Orxan Əliyev dəfn olunub.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhid doğulduğu Qazax rayonun Aslanbəyli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin başçısı, ictimaiyyət nümayəndələri və şəhidin hərbçi yoldaşları iştirak edib. 
 
Azərbaycan ordusunun şəhid olan əsgəri, 1994-cü il təvəllüdlü Kaçayev Samir Ziyəddin oğlu bu gün doğulduğu Şamaxı rayonunda dəfn edilib.
 
 Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə həlak olan Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Rəvan  Nurayev dədəfn olunub.
 
APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, R. Nurayev doğulduğu Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılıb.Dəfn mərasimlərində Müdafiə Nazirliyinin və Rayon İcra Hakimiyyətinin,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi şəxsləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Allah rəhmət eləsin!  /
 
 
 
 

Google+ WhatsApp ok.ru