İslam Əməkdaşlıq Təşkilatından Ermənistana çağırış: Azərbaycanın işğal olunmuş əraziləri dərhal azad edilməlidir 04 Aprel 2016 01:00 Qarabağ xəbərləri İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağda baş verən prosesləri və Erməni silahlı qüvvələrin Azərbaycanın işğal altındakı torpaqlarında həyata keçirdiyi hücumları "dərin narahatlıqla izlədiyini" bildirib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amid Mədəni Azərbaycan torpaqlarındakı işğalının davam etməsindən qaynaqlanan bu gərginlikdən narahatlığını bildirib. Erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini dərhal və qeyd-şərtsiz azad etməlidirlər, deyə Amid Mədəni bildirib./ Teqlər : #İslam Əməkdaşlıq Təşkilatından Ermənistana çağırış: Azərbaycanın işğal olunmuş əraziləri dərhal azad edilməlidir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Ordusunun şəhid hərbçiləri dəfn olunur -FOTO Azərbaycan MN: Ağdərə və Tərtər istiqamətində vəziyyət gərgin olaraq qalır - YENİLƏNİB
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni