Azərbaycanda pulsuz səhiyyə ləğv olundu?

Azərbaycanda pulsuz səhiyyə ləğv olundu?

Səhiyyə Nazirliyi isə belə görünür ki, əhali arasında təşviş yaratmamaq üçün dövlət xəstəxanalarının pullu xidmətə keçəcəyini təkzib etməyə çalışıb. Nazirliyin mətbuat katibi Liya Bayramova Nazirlər Kabinetinin qərarını virtualaz.org-a şərh edərkən deyib ki, xəstəxanalar əvvəl əsasnamə əsasında fəaliyyət göstərirdi, indi isə nizamnamə əsasında işləyəcəklər. “Əslində dəyişən bir şey olmayacaq. Dövlət xəstəxanaları pullu fəaliyyət göstərməyəcək”.
 
Lakins üzrə ekspert, 8 saylı poliklinikanın baş həkimi  Tamella Kərimova virtualaz.org-a deyib ki, dövlət xəstəxanaları mərhələlərlə tibbi sığorta sisteminə keçir. Yeni dəyişikliklər də tibbi sığorta sisteminin tətbiqi ilə bağlıdır. “Artıq Mingəçevir və Yevlaxda pilot layihə həyata keçirilir. Yaxın gələcəkdə də digər xəstəxanalar tibbi sığorta sisteminə keçəcəklər. Yəni yenə də insanlar pulsuz tibbi xidmətdən yararlana biləcəklər. Narahatçılığa əsas yoxdur”, T.Kərimova deyib.
 
Dövlət proqramları əsasında pulsuz müayinə, müalicə və dərmanla təmin edilən xəstəliklər pullu və ya tibbi sığorta sisteminə keçməyəcək. “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri, şəkərli diabet, onkoloji, vərəm xəstəlikləri, qan qan komponentlərinin donorluğu və qan xidmətləri, xroniki böyrək çatışmazlığı, yoluxucu xəstəliklər, ana və uşaqların sağlamlığının qorunması. HİV/AİDS və digər dövlət proqramları olan xəstəliklər dövlət tərəfindən maliyyələşdiriləcək”. T.Kərimovanın sözlərinə görə, ilkin tibbi yardım da pulsuz xidmətlər siyahısında olacaq. 
 
Xatırladaq ki, Azərbaycanda “Publik hüquqi şəxslər haqqında” qanun ilin əvvəlində qəbul olunub. Mülkiyyət formasını dəyişib publik hüquqi şəxsə çevrilən ilk dövlət təşkilatı isə TQDK olub. Hazırda TQDK-nın publik hüquqi şəxs kimi nizamnaməsi hazırlanır və bu nizamnaməyə əsasən gələn abituriyentlər imtahana girmək üçün  Tarif Şurasını müəyyənləşdirdiyi tariflər üzrə pul ödəməli olacaqlar.
 
İndi Nazirlər Kabinetinin qərarında da aydın yazılıb ki, bütün dövlət xəstəxanaları publik hüquqi şəxsə çevriləcək, yəni kommersiya fəaliyyəti göstərə biləcək və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda göstərilən xidmətlər istisna olmaqla bütün tibbi xidmətlər pullu olacaq. Bu da Azərbaycanda onsuz da formal xarakter daşıyan pulsuz səhiyyənin ləğvi deməkdir, bunun başqa adı yoxdur. /

Google+ WhatsApp ok.ru