Azərbaycanda qohum olmayanlardan sümük iliyi transplantasiyası həyata keçiriləcək

Azərbaycanda qohum olmayanlardan sümük iliyi transplantasiyası həyata keçiriləcək

“Gələn ildən Azərbaycanda qeyri-qohumlar arasında da sümük iliyi transplantasiyası həyata keçiriləcək”.
 
Bunu Respublika Talassemiya Mərkəzinin Sümük İliyi Transplantasiya şöbəsinin müdiri Nərgiz Əliyeva deyib. Şöbə müdiri bildirib ki, mərkəz artıq Avropa Sümük İliyi Bankının üzvüdür: “İndiyədək sümük illiyi transplantasiyası bacı və qardaşdan olub. Bu yaxınlarda bir xəstəyə atasından sümük illiyini uğurla köçürdük. Avropa Sümük İliyi Bankına üzv olmağımız bizə imkan verəcək ki, yaxın vaxtlarda qeyri-qohum sümük illiyi transplantasiyası əməliyyatı həyata keçirək. Donorlar əsasən 2 yaşdan yuxarı olub. Bu il ilk dəfə 6 aylıq donorumuz olub”. (apa) /

Google+ WhatsApp ok.ru