Azərbaycanda göz bankı yaradıla bilər 23 Yanvar 2017 02:00 Sağlamlıq Azərbaycanda göz qişalarının saxlanması üçün göz bankı yaradıla bilər. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tərəfindən qaldırılıb. Məsələyə münasibət bildirən Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, göz bankının yaradılması üçün bir neçə məsələlər öz həllini tapmalıdır: “Göz qişası yalnız meyitdən götürülür. Azərbaycanda meyitdən göz qışası götürmək olar, amma “Transplantasiya haqqında” qanunun bu müddəasını reallaşdırmaq üçün beyin ölümünün kriteriyaları müəyən olunmalıdır. Səhiyyə Nazirliyi tərəfindən bu kriteriyalar müəyyənləşib və təsdiq üçün Nazirlər Kabinetinə göndərilib”. M.Quliyev əlavə edib ki, eyni zamanda meyitdən orqan və toxumaların götürülməsi üçün müəyyən müvafiq klinikalar olmalıdır və bu iş həmin klinikalarda həyata keçirilməlidir: “Bu məsələlər reallaşdıqdan sonra Azərbaycanda göz bankının yaradılması mümkündür”. Teqlər : #Azərbaycanda göz bankı yaradıla bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Son 20 ildə 20 dəfə artan xəstəlik — BEL AĞRILARI Baş beyin damarlarını təmizləyən təbii metodika
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir