Azərbaycanın baş pediatrı valideynlərə xəbərdarlıq edib 20 Dekabr 2018 11:16 Sağlamlıq "Uşaqlarda nevroloji xəstəliklər böyüklərdən müəyyən dərəcədə fərqlənir". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib. N.Quliyev qeyd edib ki, 2014-cü ildən başlayaraq davamlı olaraq keçirilən uşaqların məcburi disparenzisasiyası vaxtında aşkar olunan xəstəliklərin erkən diaqnozunun müəyyənləşdirilməsi və müalicə sağlamlaşdırma tədbirlərinin aparılması baxımından əhəmiyyətlidir. Baş pediatr valideynlərə müraciət edərək bildirib ki, uşaqlıq dövründə bu problemlər aradan qaldırılarsa, cəmiyyətə böyük dəstək verilə bilər: "Zamanında nevroloji xəstəliklərin qarşısı alınmazsa uşaqlar arasında əlilliyin sayı da kifayət qədər çox olacaq. Odur ki, icbari disparenzasiya vacibdir. Belə ki, körpə doğulan gündən sonrakı müddətdə 12-13 dəfə müayinəyə cəlb edilməlidir ki, onda olan problemlər vaxtında aşkarlansın". Teqlər : #Azərbaycanın,#baş,#pediatrı,#valideynlərə,#xəbərdarlıq,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dönər, fast-food, kartof-free yeyənlərdə hansı hallar baş verir? – Araşdırma Oyuncaqların ölümcül təhlükəsi aşkarlandı
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir