Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu - 5 nəfər öldü

Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu - 5 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 601 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 229584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 221717 nəfər müalicə olunaraq sağalıb, 3105 nəfər vəfat edib, aktiv xəstə sayı 4762 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7458, ötən müddət ərzində isə ümumilikdə 2380074 test aparılıb.

Google+ WhatsApp ok.ru