Bəzi şadlıq saraylarında mikrobioloji çirklənmə aşkarlanıb

İyul ayında Azərbaycanda gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 78 müəssisənin sahibi inzibati qaydada cərimə olunub. Bu barədə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.
 
O bildirib ki, keçən ay 26 obyektin istismarının müvəqqəti dayandırılması, eləcə də 11 nəfərin işdən kənarlaşdırılması barədə qərar qəbul edilib: "Bundan başqa, 3 iş istintaq orqanlarına təhvil verilib. Həmçinin, keçən ay 264 yeyinti məhsulundan orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə nümunə götürülüb və onlardan ikisinin nəticəsi qeyri-kafi olub. Bakterioloji məhsullardan götürülən 247 nümunədən ikisində mənfi nəticə əldə edilib".
 
İ.Abdullayevin sözlərinə görə, şadlıq evlərindən 883 yaxma nümunəsi götürülüb ki, bunlarda 10 mikrobioloji çirklənmə aşkar olunub.

Google+ WhatsApp ok.ru