Badamın sağlamlığa olan mühüm faydaları 29 Aprel 2017 01:00 Sağlamlıq Zülal, dəmir və kalsium cəhətdən zəngin olan badamın faydaları saymaqla bitmir. Tərkibində yüksək nisbətdə yağ olan badam normada yeyildikdə sağlamlığa faydalıdır. Maide.İnfo aile.lent.az-a istinadən badamın bəlkə də çoxlarına məlum olmayan faydaları ilə sizi tanış edir. - Hamilə qadınların südünü artırır və körpənin inkişafına kömək olur. - Tərkibində olan yağlar çəki azaltmağı asanlaşdırır. İnsanı tox tutur, bu səbəbdən də ara paylarda 10-15 ədəd badam yemək olar. Çiy, duzsuz və qovrulmamış badama üstünlük versəniz, daha çox faydasını görərsiniz. - Badam bədən və zehnin yorğunluğunu aradan qaldırır, böyrək, sidik kisəsində iltihabı yox edir. - Öd daşlarının yaranmasına mane olur. - Tərkibində olan yağ turşuları və fermentlər ürək-damar xəstəliklərindən qoruyur. - Yaxşı və pis xolesterolun tarazlanması üçün badam olduqca faydalıdır. - Pis xolesterolun yaratdığı xəstəliklərə tutulma ehtimalını azaldır. - Fosfor sümük sağlamlığının qorunmasında əhəmiyyətli təsirə malikdir. Yaşlandıqca artan sümük ağrılarının qarşısının alınması və dişlərin dayanıqlılığının artırılması üçün mütləq gündəlik olaraq badam yeyilməlidir. - E vitamini baxımından zəngin olan badam antioksidant ehtiva etdiyi üçün ürək sağlamlığını əhəmiyyətli dərəcədə qoruyur. Tərkibində maqnezium, fol turşusu olması ürək xəstəliklərindən də qoruyur və arteriyalarda ləkə meydana gəlməsinə mane olur. - Qələvi baxımından zəngin olan badam immunitet sisteminin güclənməsini təmin edir. - Bədənə daxil olan qeyri-sağlam maddələrin atılmasını təmin edən qələvi tərkibi sayəsində bədəni mümkün xəstəliklərdən qoruyur. - Badam yağı və badam südü dərinin təravətli qalması üçün əhəmiyyətli rol oynayır. Bir çox nəmləndirici və təmizlik məhsullarında istifadə edilən badam gündəlik də yeyildikdə dəri sağlamlığını qoruyur. - Kalium tərkibi sayəsində qan təzyiqini tənzimləyir. - Riboflavin, manqan və mis ehtiva edən badam enerjinin artmasını təmin edərək insanın aktiv olmasına dəstək verir. - Pəhriz lifi baxımından zəngin olan badam sütun xərçənginin meydana gəlməsinin qarşısını alır. - Yeməklərdən sonra yeyilən badam insulin və qlükozanın artmasına mane olur. - Badam yemək şəkər səviyyəsini də nizamlayır. - Lif baxımından zəngin olan badam qəbizliyin aradan qaldırılmasında təsirli qidadır. Araşdırmalara görə, gündə 5 dənə badam yemək qəbizliyin aradan qaldırılması üçün kifayətdir. / Teqlər : #Badamın sağlamlığa olan mühüm faydaları, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gül kələmi - həm tərəvəz, həm dərman Hər gün tərxun yemək üçün 7 əsas səbəb
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir