Bakı şəhəri üzrə fənn müsabiqələri keçirilib

Bu gün Bakı şəhəri üzrə 4 mərkəzdə (18, 138, 252, 276 nömrəli məktəblər) fənn müsabiqələri keçirilib.
 
Bakı Şəhəri Təhsil İdaərindən Maide.az-a verilən məlumata görə, təhsil nazirinin 25.08.2015-ci il tarixli 912 nömrəli "Beynəlxalq fənn olimpiadalarına hazırlıq işlərinin təşkili barədə" əmrinə əsasən keçirilən fənn müsabiqələri VII-VIII sinif şagirdləri arasında baş tutub. Beş fənn üzrə təşkil edilmiş fənn müsabiqələrində fizika, kimya, biologiya və informatika fənləri üzrə8-сi sinif şagirdləri, riyaziyyat fənni üzrə isə 7-ci sinif şagirdləri iştirak edib. Müsabiqə iştirakçılarına 30 test sualı cavablandırmaq üçün 1,5 saat vaxt verilib.
 
Müsabiqədən sonra həmsöhbətimiz olan 18 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Əlihüseynova Tahirə sualların bir qisminin orta, bir qisminin ağır olduğunu dedi.
 
O qeyd etdi ki, bundan sonrakı hədəfi müsabiqənin digər mərhələsinə daha yaxşı hazırlaşmaq və daha yaxşı nəticə əldə etməkdir.
 
Qeyd edək ki, fənn müsabiqələrinin yanvar ayına qədər 3 dəfə keçirilməsi nəzərdə tutulub.
 
Fənn müsabiqələrinin iştirakçısı olan şagirdlər nəticələrindən asılı olmayaraq hər üç mərhələdə öz biliklərini sınayacaqlar. Fənn müsabiqələrində fərqlənən şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mükafatlandırılacaq.

Google+ WhatsApp ok.ru