Bakıda restorandan şəhid övladlarına jest: “Biz atanıza əbədi borcluyuq”

Bakıda restorandan şəhid övladlarına jest: “Biz atanıza əbədi borcluyuq”

Bakıda məşhur restoranlardan olan “Boranı”  şəhid ailələrinə qarşı gözəl addım atıb.
 
Maide.Az "Mübarizim.com" saytına istinadla xəbər verir ki, restoranın qarşısında yerləşdirilmiş lövhədə şəhid övladları pulsuz doğum günü keçirməyə dəvət olunur.
 
“Sevimli övladımız, “Boranı” restoranının kollektivi səni doğum günü münasibəti ilə təbrik edir və sənin üçün təşkil etdiyi “doğum günün mübarək” təntənəli tədbirinə 5 nəfər yaxınınla birlikdə dəvət edir. Haqqınız atanız tərəfindən ödənilib” – elanda belə yazılıb.
 

Google+ WhatsApp ok.ru