Erməni əlində olan əsir və girov azərbaycanlılar 10 Dekabr 2018 12:03 Qarabağ xəbərləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 7 dekabr 2018-ci il tarixinə 3888 nəfərdir. Dövlət Komissiyasının İşçi qrupundan Modern.az saytına verilən məlumata görə, rəsmi qeydiyyatından keçən itkin düşmüş şəxslərdən hərbçilərin sayı 3170 nəfər, mülki şəxslərin sayı 718 nəfərdir. Ümumilikdə itkinlərin 3622 nəfərini kişilər, 266 nəfərini qadınlar təşkil edir. İtkin kimi qeydə alınmış mülki şəxslərdən uşaqlar 71 nəfər, qadınlar 266 nəfər, qocalar 326 nəfərdir. Haqqında Dövlət Komissiyasına əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər isə hazırda 871 nəfər təşkil edir. Bunlardan 773-ü kişilər, 98-i qadınlardır. Əsir-girov götürüldüyü bildirilən şəxslərin 604 nəfəri hərbçi, 267 nəfəri mülki şəxsdir. Əsir-girov olan mülki şəxslərin 29 nəfəri uşaqlar, 98 nəfəri qadınlar, 112 nəfəri qocalardır. 7 dekabr 2018-ci il tarixinə olan məlumata görə, əsir və girovluqdan azad edilmiş şəxslər 1483 nəfər olub. Onlardan hərbçilər 365 nəfər, mülki şəxslər 1118 nəfər təşkil edib. Əsir və girovluqdan azad edilmiş mülki şəxslərin 226-sı uşaqlar, 364-ü qadınlar, 225-i qocalar olub. Teqlər : #Erməni,#əlində,#olan,#əsir,#və,#girov,#azərbaycanlılar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Elmar Məmmədyarov: Bu formatda danışıqların gələn ay davam etdirilməsi razılaşdırılıb Bakıda restorandan şəhid övladlarına jest: “Biz atanıza əbədi borcluyuq”
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni