Balqabaq ürəyinizin dostudur

Balqabaq ürəyinizin dostudur

Balqabağın tərkibində çox sayda vitamin və anti-oksidantlar vardır. Balqabaq şirin dada malik olan ləzzətli tərəvəzlərdəndir. Kalorisi azdır və A, C, E vitaminləri ilə zəngindir. Bundan başqa tərkibində beta-karotin ve alfa-karoten ve lutein vardır ki, A vitamininə çevrilər.
 
Maide.Az deyerler.org-a istinadən bildirir ki, balqabağın tərkibində B vitaminlər qrupu mövcuddur. Tərkibində mis, kalsium, kalium və fosfor vardır.
Balqabağın tumu da çox faydalıdır, xüsusilə də ürəyə. Balaqabaq həmçinin xərçəng əleyhinə olan tərəvəzlərdəndir. Balqabaq göz qocalmasının qarşısını alar və onun sağlam olmasında mühüm rola malik olar.
Balqabaq bədənin immun sistemini gücləndirər. Balqabağın tərkibində olan protein, maqnezium əsəb sisteminin fəaliyyətinə yardım edər. Həkimlər qan təzyiqi və şəkər xəstəliklərindən əziyyət çəkənlərə balqabağı tövsiyə edirlər.
Yeniyetmələr cismi inkişafda olduqları üçün bədənlərində kalsium və mis ehtiyacı yaranır. Bu ehtiyacı balqabaq vasitəsilə aradan qaldıra bilərsiniz.
Balqabağı tərkibində anti-oksidantların olduğuna görə, ürəyiniz üçün də çox faydalıdır. Bundan başqa baş ağrılarını, yuxusuzluğu və yorğunluğu aradan qaldırar. Tərkibində C vitamini zəngin olduğu üçün, soyuqdəyməyə qarşı da yardım edər.
 

Google+ WhatsApp ok.ru