Bu dərmanların tez-tez qəbulu komaya səbəb olur. Həkimlərdən ciddi xəbərdarlıq 22 İyul 2019 11:22 Sağlamlıq Valokordin və Korvalol adətən ürəkdə narahatçılıq, ağrı hissi zamanı istifadə olunur. Bu dərmanlar əhali arasında çox populyardır və apteklərdə reseptsiz satılır. Lakin həkimlər xəbərdarlıq edirlər ki, bu 2 dərman heç də ziyansız deyil. Maide.Az "saglamolun.az"a istinadən bildirir ki, nə valokordin, nə də korvalol ürək-damar sistemi xəstəliklərinin müalicə və profilaktikasında heç bir yardım etmir. Bu səbəbdən həkimlər ürəkdə hər hansı narahatçılıq, ağrı olduqda bu dərmanlardan istifadə etməyi tövsiyə etmirlər ki, bu qiymətli vaxt itkisinə, xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər. Valokordin və korvalol əsasən yuxusuzluqdan əziyyət çəkənlərə yardım edə bilər. Bunun əsas səbəbi preparatların tərkibində olan narkotik maddə fenobarbitaldır. Fenobarbital tez bir zamanda asılılıq yaradır ki, insana “effekt almaq” üçün getdikcə daha böyük dozalar tələb olunur. Bu isə çox təhlükəlidir. Ekspertlər xəbərdarlıq edir ki, müntəzəm olaraq istifadə olunduğu halda valokordin və korvalol sinir sistemi pozulmaları, nəzfəsalmanın pozulması və hətta komaya səbəb ola bilər. Avropa ölkələrində bu preparatlar çoxdandır ki, istifadə olunmur. Bütün bunları nəzərə alaraq mütəxəssislər bu preparatların özbaşına qəbulundan çəkinməyə çağırır. Teqlər : #dərmanların,#teztez,#qəbulu,#komaya,#səbəb,#olur.,#Həkimlərdən,#ciddi,#xəbərdarlıq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Övladınızın çəkisi az, boyu da alçaqdırsa... - Pediatr xəbərdar etdi SOS! Azərbaycanda xərçəngə yoluxan uşaqların sayı artır - Ekspert səbəbləri açıqlayır
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir